
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, kolleclərə qəbul olunanlar isə avqustun 24-dən 30-dək sənədlərini müvafiq təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Abituriyentlər lazımi sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.
Tehsil-press.az