AzTU Qətər Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

AzTU Qətər Dövlət Universiteti ilə əməkdaşlıq edəcək Qətər Dövlət Universitetinin əməkdaşları Murat Küçükvar və Nuri Onat Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.
Görüşdə universitetin prorektorları, həmçinin Nəqliyyat və logistika, İqtisadiyyat və idarəetmə fakültələrinin professor-müəllim heyəti iştirak edib.
Rektor Vilayət Vəliyev bu görüşün iki dost ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığının inkişafı üçün önəmli olduğunu vurğulayıb.
Görüşdə AzTU və Qətər Dövlət Universiteti arasında nəqliyyat və logistika, iqtisadiyyat, sənaye mühəndisliyi, energetika və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər