
Viktorinada BDU-nu Hüquq fakültəsinin komandası təmsil edib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev viktorinanın qalibi olan “BDU komandası”nın üzvlərini təltif edib, qaliblərə kubok təqdim edilib.
Xatırladaq ki, “Hüquq viktorinası”nda Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Milli Aviasiya Akademiyasının Hüquq fakültələrinin tələbələri iştirak ediblər. “BDU Komandası”nın üzvləri Hüquq fakültəsinin tələbələri - Fidan Əkbərova, Lamiyə Zülfüqarlı, Ceyhun Xəlilov, Aysu İsmayılzadə və Tahir Vəliyevdir. Viktorinada iştirakçılar Konstitusiya hüququ, Cinayət hüququ, Cinayət prosessual hüquq və ümumi dünyagörüşünü əhatə edən sualları cavablandırıblar.
Tehsil-press.az