“Qorqudun nəvələri” qalib gəldi

“Qorqudun nəvələri” qalib gəldi Bakı Dövlət Universitetində “Kitabi-Dədə Qorqud” dastanlarını necə bilirik” mövzusunda keçirilən viktorinada filologiya fakültəsinin I kurs tələbələrindən ibarət “Qorqudun nəvələri” komandası birinci yeri tutub.
Ikinci və üçüncü yerləri həmin fakültənin II kurs tələbələrindən ibarət “Damğa” və “Bayat” komandaları bölüşüb. Viktorinada filologiya fakültəsinin tələbələrindən ibarət altı qrup iştirak edib.
Sonda qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

BDU-nun Mətbuat xidməti

Oxşar xəbərlər