BDU: Los-Ancelesdə törədilmiş hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradılıb

BDU: Los-Ancelesdə törədilmiş hadisələrə hüquqi qiymət vermək üçün beynəlxalq işçi qrupu yaradılıb Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və “MG Consulting” şirkətinin təşəbbüsü ilə insan hüquqları sahəsində tanınmış alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb.
Beynəlxalq işçi qrupunun məqsədi 2020-ci il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən aqressiv hücumlar nəticəsində pozulmuş insan hüquqlarını beynəlxalq sənədlər əsasında təhlil etmək, o cümlədən faktlara əsaslanaraq hesabat hazırlamaqdır. Bu elmi-analitik hesabat müxtəlif səfirliklərə, beynəlxalq təşkilatlara, ABŞ-ın hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndəriləcək. İşçi qrupuna adları aşağı qeyd edilən alimlər daxildir:
1. Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - “MG Consulting” şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
3. Professor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.
4. Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin Beynəlxalq və Avropa hüququ kafedrasının müdiri, beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
5. Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
6. Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.
7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi, ADA Universitetinin müəllimi, beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
10. Hüquqşünas Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
Professor Əmir Əliyev və hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu məsələlərin beynəlxalq insan hüquqları prizmasından müstəqil qiymətləndirilməsinin vacib olduğunu vurğulayıblar.
Qeyd edilib ki, işçi qrupunun tərkibinin daha da genişləndirilməsi və hesabatın tam şəkildə avqust ayı ərzində hazır olması gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər