NASA asteroidlə toqquşması üçün kosmosa missiya göndərir

NASA asteroidlə toqquşması üçün kosmosa missiya göndərir NASA göy cisimlərindən dünyanı qorumaq məqsədilə dünya ətrafına yaxın bir asteroidlə toqquşması üçün kosmik vasitə göndərəcək.
NASA yeni missiyaya Cüt Asteroid İstiqamət Dəyişdirə Testi (DART) adı verib.
Noyabrın 23-də “Falcon 9” raketi ilə kosmosa göndəriləcək vasitə ilə ilk dəfə yer üzünə düşmə ehtimalı olan göy cisimlərinə qarşı bir müdafiə sistemi test ediləcək.
NASA DART missiyası ilə asteroidin istiqamətini dəyişdirməyi hədəfləyir.
Planet müdafiəsində bir ilkin yaşanacağı planlı toqquşma 2022-ci ilin sentyabrında baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər