15 yaşlı Fidan Umudovanın Gəncə terroru ilə bağlı müraciəti - Video

15 yaşlı Fidan Umudovanın Gəncə terroru ilə bağlı müraciəti - Video Ötən il erməni terrorçularının Gəncədə mülki əhalini atəşə tutması hər bir azərbaycanlıya ağır təsir etmişdi
Hətta uşaqlar da buna biganə qalmamışdı. 15 yaşlı Fidan Umudova mülki əhalinin terrorçular tərəfindən öldürülməsinə etiraz olaraq bütün dünyaya ingilis dilində müraciət ünvanlamışdı. O, bütün dünyanı ədalət naminə ermənilərin vəhşiliyinə göz yummamağa çağırmışdı.
Həmin müraciəti təqdim edirik:
“Salam, dünya. Mənim adım Fidan Umudovadır. Mən Azərbaycanda doğulmuşam və yaşayıram və bu gün ölkəmizdə yaranmış vəziyyət haqqında, xüsusən torpağımın dinc əhalisinin erməni terrorçuları tərəfindən hücumlara məruz qalması haqqında danışmaq istəyirəm.
Ondan başlamaq istəyirəm ki, biz işğal olunmuş ərazilərimizin 20 faizini təxminən 30 ildir geri qaytarmağa çalışırdıq. Biz 30 ilə yaxındır ki, bu münaqişənin sülh yolu ilə həll olunmasında dünya birliyindən yardım gözləyirdik. Ancaq Ermənistan tərəfi bir neçə dəfə cəhd göstərdi ki, bizim mövqelərimizə hücum etsin.
Ona görə də biz cavab verdik və tarixi torpaqlarımızı müharibə yolu ilə geri qaytarmağa başladıq. Ordumuz rayonları, şəhərləri, kəndləri geri qaytarırdı və bu faktla razılaşmayan erməni təcavüzkarları Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməyə başladılar.
Bu şəhərlər hərbi əməliyyatlar zonasından kənarda idilər. Dinc əhali yatarkən bu zərbələr gecə tətbiq olunurdu. Uşaqlar da daxil olmaqla bir çox qurbanlar oldu. Bu, artıq müharibə deyil, terrorizm idi. Dünya birliyi buna göz yumurdu. Artıq biz susmadıq. Bütün dünya səsimizi eşitməli idi və Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Fidan Umudova Şöhrət ordenli Əməkdar məşqçi, tanınmış idman mütəxəssisi, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudovun qızıdır.



Tehsil-press.az

Oxşar xəbərlər