
Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov torpaqlarımızın mənfur düşməndən azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Rəşid Mədinovun göstərdiyi şücaətdən, eləcə də xalq-dövlət-ordu birliyindən söhbət açıb. O, bütün şəhidlərin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.
Tədbirdə iştirak edən tələbələr 2015-ci ildə kolleci bank işi ixtisası üzrə bitirmiş Rəşid Mədinovun keçdiyi döyüş yolundan söz açıblar.
Kollecin tələbəsi, Vətən müharibəsi iştirakçısı Əlizamin Talıbzadə rəşadətli Azərbaycan Ordusunun müharibədə göstərdiyi qəhrəmanlıqdan danışıb.
Tehsil-press.az