
Bu barədə ölkənin Baş naziri Castin Tryudo Tvitter hesabında yazıb.
“Kanada 40 min qaçqına ev sahibliyi edəcək və başqalarını da qaçqınların təhlükəsiz yerləşdirilməsi üçün dəstəyi artırmağa çağırırıq”, - deyə kanadalı Baş nazir qeyd edib.
Bundan əvvəl Kanadanın immiqrasiya naziri Marko Mendiçino ölkəsinin həssas qruplardan olan 20 mindən çox əfqan qaçqını qəbul edə biləcəyini söyləmişdi.
Tehsil-press.az