Ermənistan İstintaq Komitəsinin məlumatına görə, həmin şəxslər barəsində axtarış elan edilməsi barədə qərar çıxarılıb və onlar üçün həbs qəti-imkan tədbiri seçilib. Cinayət işi Ermənistan CM-nin 155/2.8-ci maddəsi (qrup halında törədilən qətl) ilə açılıb.
Xatırladaq ki, 23 yaşlı Ayşat Baymurodovanın meyiti 20 oktyabrda İrəvanda, Demirçyan küçəsində kirayə götürülmüş bir mənzildə tapılmışdı. Dostlarının sözlərinə görə, onlar Ayşatla 15 oktyabrda, saat təxminən 22:00-da əlaqəni itiriblər. Ayşat həmin vaxt evdən Instagram-da tanış olduğu bir qızla görüşmək üçün çıxmışdı.
Qeyd olunur ki, Aişat sosial şəbəkələrdə çox aktiv idi və öz olduğu yeri gizlətmirdi.
Dostlarının bildirdiyinə görə, həmin qız (Karina) Instagram-da Ayşata özünü “Dağıstandan gəlmiş qaçqın” kimi təqdim etmişdi. Daha sonra müəyyən olunub ki, o, Şimali Qafqazdan deyil, ancaq vaxtaşırı Çeçenistana gedib-gəlirmiş və onun sosial şəbəkə izləyiciləri arasında Kadırovun yaxın çevrəsinə daxil olan şəxslər olub.
Tehsil-press.az







