BDU-nun “Zəfər yolu” layihəsi: Vətən müharibəsi iştirakçısı Mobil Əhmədzadə keçdiyi döyüş yolundan danışır

BDU-nun “Zəfər yolu” layihəsi: Vətən müharibəsi iştirakçısı Mobil Əhmədzadə keçdiyi döyüş yolundan danışır “Zəfər yolu” verilişinin iyirmi ikinci buraxılışı təqdim olunub.
Layihənin iyirmi ikinci verilişində Vətən müharibəsi iştirakçısı Mobil Əhmədzadə keçdiyi döyüş yolundan bəhs edir.
Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.
8 noyabr - Zəfər Gününə qədər davam edəcək layihə çərçivəsində hazırlanan proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər