BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Taleh Əliyev olub

BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Taleh Əliyev olub “Zəfər yolu” verilişinin üçüncü buraxılışı təqdim olunub.
Layihənin üçüncü verilişində Vətən müharibəsi iştirakçısı, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Taleh Əliyev keçdiyi döyüş yolundan bəhs edib.
Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsinə start verilib.
Layihə 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər