
Kitabda Azərbaycanın milli bank sektorunun təşkilinin hüquqi əsasları və inkişafı, COVID-19 pandemiyasının ölkənin maliyyə sektoruna təsiri, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət xüsusiyyətləri və İslam bank sistemində yeni çağırışlar və inkişaf perspektivləri barədə ətraflı məlumat öz əksini tapıb. Eyni zamanda, nəşrdə ölkə iqtisadiyyatının qiymət və maliyyə sabitliyinin təmin edilməsində Mərkəzi Bankın pul siyasətinin təkmilləşdirilməsi, Azərbaycan bank sektorunun potensialının artırılması strategiyası və rəqəmsal transformasiyası, “nağdsız iqtisadiyyat”a keçid üçün qlobal çağırışlar haqında məlumatlar təqdim edilib.
Tehsil-press.az