Növbəti ilin dövlət büdcəsi inkişaf proseslərini sürətləndirməyə imkan verir - Deputat

Növbəti ilin dövlət büdcəsi inkişaf proseslərini sürətləndirməyə imkan verir - Deputat 2022-ci ilin dövlət büdcəsi çox düşünülmüş və balanslı bir büdcədir. Müstəqillik tariximizdə indiyə qədər ən böyük dövlət büdcəsi olan 2022-ci ilin büdcəsində ölkəmizdə bütün sahələrdə inkişaf proseslərinin sürətləndirilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
Büdcədə işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulmasından tutmuş sosial təminat, səhiyyə, elm və təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik, dayanıqlı iqtisadi inkişaf üzrə dövlət proqramlarının və layihələrinin həyata keçirilməsi və digər istiqamətlər üzrə mühüm tədbilər nəzərdə tutulur:
"44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma işlərinin büdcə xərclərində proritet istiqamətlərindən biri olması tam məqsədəuyğundur. Çünki işğal dövründə ermənilər tərəfindən viran qoyulan ərazilərimizin sürətli bərpası və doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın geri qayıtması Azərbaycan dövləti qarşısında dayanan ən ümdə məsələlərdən biridir və ölkəmizin qüdrətinin və inkişafının göstəricisidir. Bu eyni zamanda Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin davamıdır. Çünki o əraziləri yenidən qurmaqla Azərbaycan bütün dünyaya öz ərazilərin əsl sahiblərinin kim olduğunu bir daha göstərir", - deyə deputat bildirib.
A.Həsənova qeyd edib ki, Azərbaycan qısa zamanda azad edilmiş ərazilərdə böyük işlər görüb: "Füzuli beynəlxalq hava limannın 8 ay ərzində tikilib istifadəyə verilməsi, yolların çəkilməsi, Zəfər yolunun tikintisinin tamamlanması, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yeni kənd və qəsəbələrin tikilməsinə başlanılması, eyni zamanda azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanmasına start verilməsi Azərbaycan iqtisadiyyatının gücünün göstəricisidir", - deyə deputat vurğulayıb.
O bildirib ki, Azərbaycanın bu qədər böyük işlər görməsinə, böyük vəsaitlər xərcləməsinə baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən bu il də əhalinin sosial rifahının yaxşılaşdırılmasına böyük diqqət ayrılıb:
"Hətta 2022-ci ilin dövlət büdcəsi əvvəlki büdcələrlə müqayisədə daha sosial yönümlüdür. Belə ki, 2022-ci ilin dövlət büdcəsinin 46.4 faizi - demək olar ki, yarıya qədəri sosial xərclərə yönəlib. Cari illə müqayisədə sosial xərclər 13,5% artırılır və həmin xərclərin 60 faizi əməyin ödənişi xərcləri ilə bağlıdır. Büdcədə sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsində əmək haqqlarının, pensiya və müavinətlərin artırılması üçün vəsait nəzərdə tutulub, eyni zamanda ehtiyac meyarının həddinin 170 manatdan 200 manata artırılır.
Bu bir daha göstərir ki, bütün çətinliklərə, post-müharibə dövrünə baxmayaraq Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılmasını düşünürək bu tapşırığı verib.
Büdcədə müdafiə və təhlükəsizlik üçün xərclərinə 4.489 milyard manat vəsaitin ayrılması da tam məqsədəuyğundur. Çünki bizim Ermənistan kimi işğalçı qonşumuzun olması bizi daim ayıq-sayıq olmağa və müdafiə qabiliyyətimizi yüksək səviyyədə saxlamağa vadar edir", - deyə A.Həsənova bildirib.
Deputat həmçinin həkimlərin maaşlarının artırılmasını məqsədəuyğun hesab edir: “Biz iki ildir ki, dünyanı bürüyən COVİD 19-la mübarizə aparırıq lakin hələ bu bəlanın sonu görünmür. Bu gün pandemiya ilə mübarizə aparan həkimlər, tibb işçiləri öz həyatlarını riskə atırlar, hər bir insanın həyatı uğrunda mübarizə aparırlar. Bu günə qədər neçə nəfər həkimlərimiz, tibb işçilərimiz koronavirusdan dünyalarını dəyişiblər. Bu baxımdan həkimlərin də maddi durumunu nəzərə alaraq büdcədə onların da əmək haqqlarının artırılması nəzərdə tutulsa yaxşı olar,” – deyə deputat qeyd edib.
A.Həsənova əlavə edib ki, ümumilikdə növbəti ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə uğurla nail olmağa imkan verir.

Tehsil-press.az


Oxşar xəbərlər