UNEC-in tələbələri üçün təlim: Kreditlərin izlənilməsi və nəzarəti

UNEC-in tələbələri üçün təlim: Kreditlərin izlənilməsi və nəzarəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün PAŞA Bank tərəfindən müxtəlif mövzularda onlayn ustad dərsləri davam edir.
Noyabrın 23-də keçiriləcək növbəti sessiya “Kreditlərin izlənilməsi və nəzarəti” mövzusunda olacaq və biznes monitorinqi, kreditlərin təyinata uyğun istifadəsinin yoxlanması və avtomatlaşdırılmış monitorinq sahələrini əhatə edəcək.
“Microsoft Teams” üzərindən təşkil olunacaq ustad dərsi bankın Kreditlərə nəzarət şöbəsinin eksperti Ağasəf Hacıyev tərəfindən keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər