
Beynəlxalq əlaqələr şöbəsinin böyük mütəxəssisi Şəms Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Anhui Universitetinin və BDU-nun Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri iştirak ediblər. Ş.Bağırova 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən və Nizami yaradıcılığından danışıb.
Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının müəllimi İlqar Hüseynovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məruzəsi dinlənilib. Məruzəçi Nizaminin dünya miqyaslı şair olduğundan, Şərq poeziyasının inkişafında xidmətlərindən bəhs edib.
Sonda Anhui Universitetinin tələbələrinin sualları cavablandırılıb.
Tehsil-press.az