
Professor O.Cəlilbəyli və xanım Luo Xiaozhi Anhui Universitetinin 90 illik yubiley tədbirlərində iştirak ediblər və ali məktəbin professor və müəllimlərinə, tələbələrinə təhsildə, elmdə yüksək nailiyyətlər arzulayıblar.
Professor O.Cəlilbəyli Anhui Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin yaradılması ilə əlaqədar beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri ilə danışıqlar aparıb, müqavilənin şərtləri müzakirə edilib.
Oktyabrda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Anhui Universitetinə səfəri zamanı Azərbaycan Tədqiqatları Mərkəzinin açılışı planlaşdırılıb.
Tehsil-press.az