Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı rus ədəbiyyatşünaslığında” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbirdə Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan elmi seminarların əhəmiyyətindən, dahi şairin əsərlərinin dünya miqyasında öyrənilməsindən, xüsusilə rus ədəbiyyatşünaslığında Nizami irsinə münasibətdən danışıb, məruzəçilərə uğurlar arzulayıb.
Kafedranın dosenti Solmaz Əliyevanın “Qədim rus ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin motivləri” adlı məruzəsində Nizami yaradıcılığından və Şərq mənbələrindən tərcümə olunmuş qədim rus ədəbi abidələrində bənzər süjetlər təhlil edilib. Müəllif həmin süjetlərə Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarında, həmçinin qədim rus ədəbiyyatının “İnsan dərrakəsi haqqında povest” və “Stefanit və İxnilat” oriyental əsərlərində rast gəlindiyini diqqətə çatdırıb.
Professor Leyla Gərayzadə “Nizami Gəncəvinin əsərlərində aforizmlər” adlı məruzəsində böyük ədibin yaradıcılığının hikmət xəzinəsindən, dahi şairin əsərlərində xalq hikmətinin və müdrikliyinin əks olunmasından danışıb. Bildirib ki, Nizami həm də ona görə bəşəri şairdir ki, onun hikmət fəlsəfəsi yalnız bir xalqa deyil, bütün bəşəriyyətə, insanlığa aiddir və hər zaman öz aktuallığını qoruyub saxlayacaq.
Onlayn tədbirdə, həmçinin Rus ədəbiyyatı tarixi kafedrasının baş müəllimi Tofiq Məmmədovun “Yuri Kuznetsov Nizami Gəncəvi haqqında”, dosent Aysel Bağırovanın “Nizami Gəncəvi Nikolay Tixonovun yaradıcılığında”, doktorant İbrahim Əsədovun “XIX əsrin birinci yarısı rus ədəbiyyatında Nizami Gəncəvi əsərlərinin mənimsənilməsi” mövzularında məruzələri dinlənilib.
Sonda Filologiya fakültəsinin dekanı Elçin Məmmədov çıxışları yüksək qiymətləndirib, rus bölməsində təhsil alan tələbələrə Azərbaycan ədəbiyyatının daha dərindən tədris olunmasının aktuallığını qeyd edib.
Tehsil-press.az