BDU-nun I kurs tələbələri təhsil tələbə kreditinin verilməsi qaydaları barədə məlumatlandırılıb

BDU-nun I kurs tələbələri təhsil tələbə kreditinin verilməsi qaydaları barədə məlumatlandırılıb Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbələri ilə görüş keçiriblər.

Görüşdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov BDU və TTKF-nin birgə əməkdaşlıq layihələrindən danışıb, BDU-da təhsil alan tələbələri Fondun layihələrində fəal iştirak etməyə çağırıb.

Fondun nümayəndəsi Günay Xəlilova tələbələrə TTKF-nin fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı imkandan yararlanmağa çağırıb. O qeyd edib ki, TTFK-nin əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər