BDU-da elmi seminar: Nizami Gəncəvi ədəbi irsi Şərq mədəniyyəti kontekstində

BDU-da elmi seminar: Nizami Gəncəvi ədəbi irsi Şərq mədəniyyəti kontekstində Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq və Kitabxanaçılıq-informasiya fakültələrinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ədəbi irsi Şərq mədəniyyəti kontekstində” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Nizami irsinin müxtəlif aspektlərdən araşdırılması baxımından elm və təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyulduğunu deyib.
Qeyd edilib ki, BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq və respublika miqyaslı konfranslar, elmi seminarlar, diskussiyalar, ədəbi-bədii gecələr keçirilib.
Elmi seminarın moderatoru, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə dövlətimizin başçısının 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncamının ulu öndər Heydər Əliyevin yaratdığı ənənələrin davamı kimi mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Nizami Gəncəvi “Xəmsə”sində gələcək quruculuğu və şairin kitab mədəniyyətinin inkişafına təsiri”, ədəbiyyatşünas Əsəd Cahangir “Nizami Gəncəvi irsində insan idealı və şərq fəlsəfəsi”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan “Nizami Gəncəvi əlyazmaları dünya arxiv və kitabxanalarında” mövzularında məruzə ediblər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər