UNEC-də seminar: Kiçik və orta biznes subyektlərinə dövlət dəstək mexanizmləri

UNEC-də seminar: Kiçik və orta biznes subyektlərinə dövlət dəstək mexanizmləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kiçik və orta biznes subyektlərinə dövlət dəstək mexanizmləri” mövzusunda onlayn seminar keçirilib.
Seminarda Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev çıxış edərək mövzunun aktuallığını vurğulayıb.
Seminarın məruzəçisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) departament müdirinin müavini Adil Əhmədov təqdimatla çıxış edib. Bildirib ki, KOBİA yarandığı ilk gündən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər