KOB-lar Təhsil və Karyera Sərgisində

KOB-lar Təhsil və Karyera Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə mikro və kiçik sahibkarların oktyabrın 10-12-də Bakı Sərgi Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgilərində iştirakına dəstək göstərib.
Sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edirlər.
Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir. İndiyədək KOBİA-nın dəstəyi ilə startaplar, mikro və kiçik sahibkarlar Qida Sənayesi, Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Hədiyyələr və Promo Məhsulları sərgilərində, "Organic Food Festivalı 2019"da və digər sərgilərdə iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər