ADU-da “Heydər Əliyev və musiqi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev və musiqi” mövzusunda dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və musiqi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə, xüsusilə musiqi sahəsinin mütəxəssislərinə böyük qayğı və diqqət yetirdiyini söyləyib.
Universitetin elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov Ulu Öndərin incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Azərbaycan Milli Konservatoriyasının Musiqi tarixi və musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Akif Quliyev “Heydər Əliyev dövründə Azərbaycanda musiqi təhsilinin inkişafı haqqında” mövzusunda məruzə edib. O, Ulu Öndərin dövründə yaradılmış musiqi məktəblərinin əhəmiyyətini vurğulayıb.
Regionşünaslıq kafedrasının baş müəllimi Rəna Rəcəbli isə Heydər Əliyev dövründə musiqiçilərə fəxri adların, orden və medalların, mükafatların verilməsi, onların adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyət barədə məlumat verib.
Bakı Xoreoqrafiya məktəbinin musiqi şöbəsinin müəllimi Xədicə Ağayeva Ulu Öndərin Azərbaycanda rəqs və xoreoqrafiya sahəsinin inkişafına qayğısından danışıb.
Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Heydər Əliyev və Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılması” mövzusunda təqdimat edib. O, həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan musiqiçiləri və musiqi əsərlərinin beynəlxalq aləmə çıxarılmasına və beynəlxalq miqyaslı musiqi tədbirlərinin Azərbaycanda keçirilməsinə şərait yaratdığını, Heydər Əliyev Fondunun Ulu Öndərin bu istiqamətdəki fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər