
Seminarda fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva mövzunun aktuallığını vurğulayıb. Sonra doktorant Afaq Ağayarovanın mövzu üzrə məruzəsi dinlənilib. Məruzəçi maarifçiliyin XIX əsrin sonlarında olduğu kimi XX əsrin əvvəllərində də ədəbi-tarixi prosesi və mədəni-siyasi fikri məşğul edən əsas məsələ olduğunu diqqətə çatdırıb. Doktorant “İqbal” (1912-1915) qəzetini XX əsrin əvvəllərində həyat və cəmiyyət hadisələrinə münasibətin formalaşmasına yardım etməklə maarifçiliyin təbliğatçısı kimi səciyyələndirib.
Çıxış edən alimlər mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tehsil-press.az