Rusiyada avtobus qəzası, 5 ölü, 16 yaralı

Rusiyada avtobus qəzası, 5 ölü, 16 yaralı Rusiyanın Ryazan vilayətində, Moskva - Həştərxan magistralında avtobus qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yaralananlardan ikisinin azyaşlı olduğu bildirilir.
Yerli mənbənin məlumatına görə, qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub.
Hazırda faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər