Avtobus qəzası - 15 ölü, 30 yaralı

Avtobus qəzası - 15 ölü, 30 yaralı Türkiyədə ağır yol qəzası baş verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident İğdır vilayətində qeydə alınıb. Qəzaya uğrayan mikroavtobusda Əfqanıstan və Pakistan əsilli miqrantların olduğu bildirilir. İğdır-Qars avtomobil yolunda idarəetmədən çıxaraq işıq dirəyinə çırpılan avtobus yanmağa başlayıb. Hadisə nəticəsində 15 nəfərin öldüyü, daha 30 nəfər isə yaralandığı açıqlanıb. Xəsarət alanların İğdır Dövlət xəstəxanasına yerləşdirildiyi qeyd edilib.
Faktla bağlı hadisə yerində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər