BMT dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

BMT dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı BMT-nin Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb.
O, həmçinin, dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib.
A.Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin ortasında isə 70 faizini peyvənd etməli olduğu strategiyanı açıqlayıb.
“Biz bu məqsədlərdən uzağıq. Bu, utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindəkindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var”, - deyə BMT-nin Baş katibi bildirib.
O qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin, müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər