Tovuzda Körpələr evinin müdirinə xəsarət yetirildi

Tovuzda Körpələr evinin müdirinə xəsarət yetirildi Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib.

Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.

İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər