UNEC və Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul davam edir

UNEC və Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul davam edir 2021/2022-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul aparılır. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilərlər.
Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Müraciətlər fevralın 1-dək qəbul olunur.

Tehsil-press.az

Oxşar xəbərlər