
Proqrama əsasən, tələbələr I və II kursda Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar.
Akademik öhdəliklərini yerinə yetirən tələbələrə mühasibat uçotu ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Müraciətlər avqustun 15-dək qəbul olunur.
Tehsil-press.az