
Magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Amerika Birləşmiş Ştatlarında, LU-da keçirəcəklər. Linkoln Universitetindəki 7 əsas və 2 seçmə fənləri götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar.
Linkoln Universitetində təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Linkoln Universitetindən, digərini isə UNEC-dən). Bu, birgə tədqiqat layihəsi olacaqdır. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər. Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər.
Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr UNEC diplomu ilə yanaşı, Linkoln Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir. Amerikada təhsil müddətində magistrlər işləmək hüququ əldə edəcəklər.
UNEC-in Mətbuat Xidməti