BDU-da “Tarix fakültəsinin tanınmış məzunları ilə görüş” layihəsinə başlanılıb

BDU-da “Tarix fakültəsinin tanınmış məzunları ilə görüş” layihəsinə başlanılıb Bakı Dövlət Universitetində (BDU) “Tarix fakültəsinin tanınmış məzunları ilə görüş” layihəsinə başlanılıb.
Layihə çərçivəsində silsilə tədbirlərin ilk qonağı Milli Məclisin deputatı Naqif Həmzəyev olub.
Tədbirdə Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, fakültənin dekan müavini Elnur Əbilov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Milli Məclisin deputatı Naqif Həmzəyev tələbəlik illərindən bəhs edib, gənclərə tövsiyələrini verib. O bildirib ki, Tarix fakültəsi hər zaman Vətənə, millətə layiqli xidmət edən gənclər yetişdirib.
Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışıb. O, tələbələrlə görüşə görə deputat Naqif Həmzəyevə təşəkkürünü bildirib.
Sonda deputat tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər