İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir

İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edir Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin ikinci günü seminar və ziyarətlərlə davam edib.
Günün birinci yarısında tələbələr üçün “ZOOM” platforması üzərindən İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse ilə onlayn görüş təşkil edilib. Aİİ rektoru Aqil Şirinov vebinarda açılış nitqi ilə çıxış edərək, qonaq haqqında geniş məlumat verib.
Daha sonra “İlahiyyat nədir? İlahiyyat elminin dəyəri” mövzusunda çıxış edən professor Saffet Köse dinin əhəmiyyəti, mahiyyəti haqqında geniş söhbət açıb, dinin doğru və düzgün şəkildə tədrisinin vacibliyinə toxunub. Vurğulayıb ki, din doğru mənbələrdən insanlara çatdırılmasa bu, fəlakətə gətirib çıxara bilər. Professor, həmçinin İslam elmlərinin hər birinin əhəmiyyətinə toxunub, bu elmlərin interdisiplinar metodla öyrənilməsinin vacibliyini qeyd edib.
Aİİ rektoru qonağa dərin məna və məzmun kəsb edən çıxışına görə minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər