
Qafqaz Xalqları Dostluğu İnstitutu, Avrasiya Alimlər Klubu və Beynəlxalq Pedaqoji Akademiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan konfransda dünyanın müxtəlif ali təhsil müəssisələri və qurumlarından olan alimlərin məruzələri dinlənilib.
Tədbirdə Mirniyaz Mürsəlov “Gənclərin formalaşmasında dinin rolu” mövzusunda məruzə edib. Alim məruzəsində müasir dövrdə din tədrisinin xüsusi önəmini vurğulayıb. Radikal və ekstremizmdən uzaq bir mühitin qurulmasının və bu istiqamətdə gənclərin maariflənməsinin əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizdə din təhsili sahəsində aparılan işlərdən bəhs edən prorektor Azərbaycan İlahiyyat İnstitutunda tədris və təlim-tərbiyə prosesində məzhəblərüstü prinsiplərin gözlənildiyini bildirib.
Tehsil-press.az