Qubada tələbələrin qış düşərgəsi davam edir

Qubada tələbələrin qış düşərgəsi davam edir Təhsil İnstitutu tərəfindən Qubada tələbələr üçün təşkil olunan qış düşərgəsi davam edir.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev düşərgədə tələbələrlə görüşüb, onlara Milli Qəhrəman general Polad Həşimovun igidlik və şücaətindən bəhs edən kitab hədiyyə edib.
Düşərgənin 5-ci günündə tələbələr Quba Soyqırımı Memorial Kompleksinə ziyarət ediblər. Burada tələbələr soyqırımı qurbanlarının xatirəsini yad edərək, erməni quldurları tərəfindən törədilən vandalizmin əyani sübutları ilə tanış olublar.
Daha sonra tələbələr Quba rayonunda yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseydə və Quba STEAM mərkəzində olublar.
Qeyd edək ki, gün boyunca maraqlı və intellektual oyunlar təşkil olunub. Xüsusilə açar sözlər ilə məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən “Axtar tap” oyunu tələbələr tərəfindən maraqla qarşılanıb. Qış düşərgəsi fevralın 13-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər