UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib UNEC-də məşhur iqtisadçı alim, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix Hayekin “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel Valyutalar Nəzəriyyəsi və Təcrübəsinin təhlili” kitabı Azərbaycan dilinə tərcümə edilib.
Tərcümənin elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradovdur. Kitabı ingilis dilindən UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev tərcümə edib.
Kitabda pulun mahiyyəti və ona nəzarət barədə analitik məlumalar, dərin tədqiqat nəticələri və mülahizələr yer alıb. Professor F.A.Hayek yazdığı əsərdə hökumətin pul tədavülü üzərində inhisarçılığına diqqət çəkərək qeyd edir ki, birmənalı olaraq pul emissiyasının azadlığı yaradılmalıdır və o, digər əmtəələr kimi özəl emitetlər arasında rəqabət yolu ilə təchiz edilməlidir. Professor Hayekin apardığı tədqiqatlara əsaslanaraq nəticə onu bildirir ki, hökumətin pul inhisarının ləğvi son 60 ildə dünyanı təqib edən inflyasiya və deflyasiya tutmalarının qarşısını almaq üçün effektiv vasitədir. Bu vasitə həmçinin kapitalizmin ağır qüsuru kimi təqdim edilən depressiya və işsizlik dalğalarına qarşı təsirli çıxış yoludur.
Kitabda pul tədavülündə hökumət imtiyazlarının mənbəyi, pulun azad ticarəti, “Qreşem” qanunu, paralel valyutalar, dövlət maliyyəsi, rəqabət valyutası və tələb, azad bank fəaliyyəti və bu kimi digər əhəmiyyətli istqamətlərdə geniş təhlillərə yer verilib.
Elmi araşdırmalarla sübuta yetirilən, dəyərli fikirlərlə zəngin kitab UNEC ilə Böyük Britaniyanın İqtisadi Münsibətlər İnstitutu (İnstitute of Economic Affairs) arasında 7 iyun 2016-cı il tarixində bağlanan müqavilə əsasında tərcümə edilib.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

UNEC-də Nobel mükafatı laureatının kitabı tərcümə edilib

Oxşar xəbərlər