Yeni kitab: “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları”
AMEA-nın Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Arif Bünyadovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” monoqrafiyası nəşr olunub.
Monoqrafiyada dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılır. Kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə professorlar Əziz Məmmədov və Əli Abasovdur.
Tehsil-press.az
- Baxış: 6990
Xəbərin tarixi: 05.07.2019 / 11:36
-
Oxşar xəbərlər