Vurulan vaksinlərin ümumi sayı 13 milyonu ötdü

Vurulan vaksinlərin ümumi sayı 13 milyonu ötdü Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 071, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 29 607 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 798 olub.
Vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə 4 786 953 nəfər təşkil edir. Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 724 169 nəfər, pozitiv nəticədən sonra “buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 206 113 nəfər təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər