Çexiyaya Ukraynadan qaçqınlar axını artır

Çexiyaya Ukraynadan qaçqınlar axını artır Ukraynadan rekord sayda qaçqın bu ölkə ilə həmsərhəd dövlətlərə - Polşa, Slovakiya və Macarıstana üz tutur. Doğrudur, Çexiya Ukrayna ilə birbaşa həmsərhəd deyil, lakin qaçqınlar Slovakiyadan keçməklə bu ölkəyə də gəlirlər. Gözlənildiyinə görə ki, bu gün bütün Ukrayna qaçqınlarının ümumi sayı 1,5 milyon nəfəri ötəcək.
Son məlumatlara görə, təkcə dünənki gün ərzində Çexiya hakimiyyət orqanları Ukraynadan olan 78 min qaçqını qeydiyyata alıb. Bu, Çexiya üzrə gün ərzində rekord göstəricidir.
Qeydiyyat maksimal sadələşdirilib: insanın şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq və həmin şəxsin axtarışda olmamasını dəqiqləşdirmək üçün müvafiq məlumat bazaları üzrə yoxlamaq kifayətdir. Bu, bir neçə dəqiqə çəkir. Proqnozlar göstərir ki, qaçqınlar axını günbəgün artacaq.

Tehsil-press.az


Oxşar xəbərlər