Rumıniya ukraynalı qaçqınları qarşılayır

Rumıniya ukraynalı qaçqınları qarşılayır 150 mindən çox ukraynalı ölkəni tərk edib və qonşu ölkələrdə sığınacaq axtarır.
Bu cür məlumatları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi təqdim edir. Agentlik yaxın vaxtlarda məlumatlardan ibarət informasiya portalını yaradacağını vəd edir. Ukraynalılar kütləvi şəkildə qonşu ölkələrə, o cümlədən Rumıniyaya gəlirlər.
Yerli icra orqanları bildirirlər ki, Rumıniyanın şimalındakı Ukrayna sərhədinə təkcə son bir neçə saat ərzində yüzlərlə qaçqın gəlib: “Uşaqlı qadınlar çoxdur, amma kişilər də var. Sərhədi keçən qaçqınlar qarşılanaraq qalacaq yerlə, yeməklə təmin olunur. Qaçqınların bir neçə variantı var. Onlar Rumıniyada sığınacaq üçün müraciət edə bilər və ya bir-iki gecə qalmaq qərarına gələ bilərlər. Adətən onların əksəriyyəti daha uzağa - Polşa, İtaliya və Almaniya kimi ölkələrə gedir. Beləliklə, burada, ümumiyyətlə, qaçqınlar qısa qalır və sonradan yollarına davam edirlər. Son 24 saat ərzində ölkəyə 14-15 min arasında Ukrayna vətəndaşı gəlib”.
Qeyd edək ki, Rumıniya-Ukrayna sərhədindən Kiyevə qədər olan məsafə cəmi 500 kilometrdir.

Tehsil-press.az


Oxşar xəbərlər