BDU-da “Ümummilli lider Heydər Əliyev irsi haqqında elektron resurslar” mövzusunda elmi seminar

BDU-da “Ümummilli lider Heydər Əliyev irsi haqqında elektron resurslar” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində “Ümummilli lider Heydər Əliyev irsi haqqında elektron resurslar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının magistrantı Aydan Şahmarova mövzu ilə bağlı məruzə edib.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası, Heydər Əliyev Fondu, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və Milli Kitabxananın elektron resursları əsasında hazırlanmış məruzədə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən bioqrafik məlumatlar, elektron sənəd topluları, zəngin məlumat bazaları təhlil olunub.
Qeyd edilib ki, bu resurslar vasitəsilə istifadəçilər sadə və ya geniş axtarış sistemindən yararlanaraq Heydər Əliyevin əsərlərini müəlliflə, haqqında olan ədəbiyyatı isə predmet, sərlövhə və ya açar sözlə axtarıb tapa, həmçinin Ümummilli Liderin çapdan çıxan əsərləri və haqqında nəşr edilmiş kitabların, məqalələrin, dissertasiya və digər ədəbiyyatların tam mətnindən istifadə edə bilərlər.
A.Şahmarova Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən təşkil olunmuş və Ümummilli Liderin zəngin irsini – çıxış, müsahibə, görüş, bəyanat və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” adlı beynəlxalq elektron kitabxananın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin təbliği baxımından mühüm platforma olduğunu bildirib. Məruzədə davamlı olaraq yenilənən və inkişaf etdirilən elektron resursların ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.
Məruzə maraqla dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər