
Mərkəzin təşkilatçılığı ilə Sumqayıt şəhərinin peşə liseyinin şagirdləri və Şuşa rayon məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin direktoru Aygün Zülfüqarlı Ümummilli Liderimiz Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, quruculuq, xilaskarlıq missiyasından geniş söz açıb. Tədbirdə Dahi Öndərin Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, təhsilin inkişafına, gənc nəslə qayğısından, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirləri barədə mərkəzin əməkdaşları şagirdlərə məliumatlar təqdim ediblər. O da vurğulanıb ki, bu gün prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir. Sonra Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey hissə ilə, elektron kitabxana, rəsm otağı və dərnəklərin keçirildiyi otaqlarla tanış olublar.
Mərkəzdə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzin ingilis və rus dili dərnəklərində məşğul olan şagirdlərin iştirakı ilə interaktiv açıq dərs keçirilib. Mərkəzin əməkdaşı Elmira İbadova tərəfindən hazırlanmış dərsdə şagirdlər Ümummilli Liderin bütün dünyaya örnək olacaq fəaliyyəti və zəngin həyat yolu barədə slaydlar əsasında ingilis və rus dillərində məlumatlar təqdim ediblər. Sonda şagirdlər tərəfindən rəqs və musiqi nömrələri də təqdim olunub.
Sumqayıt regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti



