UNEC-də kitab yarmarkası

UNEC-də kitab yarmarkası Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kitab yarmarkası keçirilir.
Yarmarkada Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət bədii ədəbiyyat nümunələrinin, şəxsi inkişaf, iqtisadiyyat, tarix, fəlsəfə, psixologiya və digər sahələr üzrə Azərbaycan, türk, ingilis və rus dillərində kitabların satışı həyata keçirilir.
Hər ikinci kitaba 40 faiz endirim edilir.
Yarmarka əsas tədris binasının 1-ci mərtəbəsində təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər