Daha iki kitab UNEC-in elektron kitabxana bazasına yerləşdirilib

Daha iki kitab UNEC-in elektron kitabxana bazasına yerləşdirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elektron ticarət və elektron ixracat” və “Rəqəmsal marketinq və sosial media” kitablarının müəllifləri ilə görüş keçirilib.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov iştirakçılara e-kommersiya ixtisaslaşması barədə məlumat verib. O, Azərbaycan dilində hazırlanmış kitabların e-kommersiya və digər əlaqəli ixtisaslaşmalar üçün əsas vəsait rolunu oynayacağını diqqətə çatdırıb.
Bildirib ki, kitablar peşəkar mütəxəssislər və akademik mühitdən seçilmiş həm yerli, həm də xarici müəlliflər tərəfindən yazılıb.
Daha sonra kitabların müəllifləri çıxış ediblər.
Hər iki kitab elektron formatda UNEC-in kitabxana bazasına yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər