Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Yaponiyanın “Nippon” Fondunun (Nippon Foundation) təşkil etdiyi “Oxuyan Yaponiya” adlı qrant müsabiqəsinin qalibi olub.Maarifçilik fəaliyyəti ilə dünyanın tanınmış qurumlarından hesab edilən fond layihə çərçivəsində UNEC-in kitabxanasına ingilis dilində 100 kitab təqdim edəcək. Kitabların siyahısını fondun xüsusi ekspert qrupu müəyyənləşdirib. Kitablar iqtisadiyyat, biznes, siyasət, beynəlxalq əlaqələr, cəmiyyət, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrini əhatə edir.
UNEC-in Mətbuat Xidməti














