UNEC-də bilik müsabiqəsi başa çatıb

UNEC-də bilik müsabiqəsi başa çatıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “UNEC TEChie Winner” bilik müsabiqəsi keçirilib.
TEC sədri Nəzrin İbrahimli tədbirin açılışında komandalara müsabiqənin qaydaları barədə məlumat verib.
Yeddi mərhələdən ibarət müsabiqədə komandalara müxtəlif mövzular üzrə suallar verilib. Tələbələrin maraqla və həyəcanla yarışdığı bilik müsabiqəsinin sonunda ən yüksək xalı toplayan komanda qalib olub.
Yarış yekunlaşdıqdan sonra I yerin sahibinə mükafat olaraq pul və diplom, II və III yerin sahiblərinə isə diplomlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər