Bəzi rayonlarda güclü külək fəsadlar törədib

Bəzi rayonlarda güclü külək fəsadlar törədib Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi proqnozlaşdırılırdı.
Bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib. Belə ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.
"Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var".
G.Məmmədovanın sözlərinə görə, qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Tehsil-press.az


Oxşar xəbərlər