Ukrayna neytral və nüvə silahından azad statusu barədə yazılı təklif verib

Ukrayna neytral və nüvə silahından azad statusu barədə yazılı təklif verib Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Rusiyaya yazılı təklif verib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, təklifdə Ukraynanın bloklara qoşulmayacağı, hər hansı kütləvi qırğın silahını, o cümlədən kimyəvi və bakterioloji silahları, xarici ölkələrin bazalarını və qoşunlarını öz ərazisində yerləşdirməyəcəyi əksini tapıb.
Eyni zamanda, Ukrayna Krımı və Sevastopolu hərb yolu ilə geri qaytarmaqdan imtina edir. Təkliflərdə Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin də siyahısı yer alıb.
V.Medinski onu da qeyd edib ki, Ukrayna Rusiya ilə müqavilə barədə yekun qərarın iki ölkənin dövlət başçılarının görüşündə verilməsini xahiş edib. Rusiya bu məsələ ilə bağlı qərarını açıqlayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər