Tarix İnstitutunda elmi seminar

Tarix İnstitutunda elmi seminar Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi seminar keçirilib.
Seminarda AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Şakir Həmzəyev “Qobustan qayaüstü petroqlifləri və Azərbaycan xalça işarələrinin açılmamış sirləri” mövzusunda məruzə edib. O bildirib ki, tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir. Xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açıb.
Daha sonra Xəzər Universitetinin dissertantı Xaqani İsmayılın “Şumer tarixinə aktual baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Şumer ilk yazı mədəniyyətinə sahib olan xalq haqqında geniş məlumat verib.
Məruzələr ətrafında müzakirələr aparılıb və məruzəçilər mövzu ilə bağlı sualları cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər