Fizika fənni üzrə vebinar təşkil olunacaq

Fizika fənni üzrə vebinar təşkil olunacaq Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izahı ilə bağlı vebinarları davam etdirir.
Növbəti vebinar aprelin 22-si saat 17:00-da fizika fənni üzrə “Elektrodinamika ll hissə” mövzusunda keçiriləcək. Vebinarda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin fizika müəllimi, müəllimlər və yuxarı sinif şagirdləri üçün fizikadan əlavə dərs vəsaitinin müəllifi Şəmsəddin Qurbanov çıxış edəcək.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər